TQDK-dan xəbərdarlıq

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 6-da cari il üçün ilk sınaq imtahanı keçirəcək.

Xalq.az-ın məlumatına görə, TQDK sözügedən sınaq imtahanları ilə bağlı xəbərdarlıq yayıb. TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!

Qeyd edək ki, imtahan Respublikanın 22 şəhər və rayonunda olmaqla, 62 imtahan mərkəzində təşkil olunacaq.