TQDK sədri vətəndaşlarla görüşdü

Meleyke

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İsmayıllı rayonunda vətəndaşları qəbul edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, TQDK sədri Qəbələ, İsmayıllı, Şamaxı və Qobustandan olan sakinlərinin şikayət və təklifləri ilə tanış olub.

Vətəndaşlar təhsil haqqının ödənilməsi, imtahanların nəticələri, işlə təminat məsələləri və təhsil sahəsində qarşılaşdıqları digər çətinliklərlə bağlı müraciətlər ediblər. Vətəndaşlar eyni zamanda buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər. Müraciətlər müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınıb.