TQDK vaxtı uzatdı

TQDK

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, qeydiyyat müddətinin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, bu müddət avqustun 22-dək uzadılıb.

Beləliklə, ali məktəblərə əsas yerləşdirmədə qəbul olunan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.