Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə ümummilli fövqəladə vəziyyət elan edib.

XALQ.AZ-ın “TASS”a istinadən məlumatına görə, sözügedən açıqlamanı o, Ağ Evdə keçirilən xüsusi mətbuat konfransında edib.

“Mən ümummilli fövqəladə vəziyyətin tətbiq edilməsini rəsmi şəkildə elan edirəm”, – Tramp deyib.

Dövlət başçısı bildirib ki, o, ölkədə koronavirusla mübarizəyə 50 milyard dollaradək vəsait ayıracaq.