Trampın 2024 planı

ABŞ prezidenti Donald Tramp tərəfdarlarına 2020-ci il seçkisinin nəticələrinə görə seçilmədiyi təqdirdə 2024-cü ildə dövlət başçılığına namizədliyini irəli sürəcəyini bildirib.

XALQ.AZ  xəbər verir ki, bu haqda Politico nəşri yazıb.

“Gözəl bir dörd il oldu. Daha bir dörd il olması üçün də çalışırıq. Baş tutmasa, dörd ildən sonra görüşəcəyik”, – Amerika lideri Respublikaçı Milli Komitə üzvləri qarşısında çıxışı zamanı deyib.
Tramp demokrat Co Baydenin 3 noyabr seçkisindəki qələbəsini, ilkin məlumatlardan da göründüyü kimi, qəbul etmir və məhkəmələrdə səsverməyə etiraz etməyə davam edir