Tünzalə dünya ulduzları ilə iş birliyi

1

 

Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva “Bir səsin cazibəsi” adlı müəllif programıyla TRT AVAZ-da ekranlara gəlməsini xəbər vermişdik.
Tünzalə Ağayeva ofsunlayıcı səsi ilə TRT AVAZ izləyicilərinə musiqi ziyafəti verəcək. “Bir səsin cazibəsi’’ adlı proqrama Türkiyədən eləcə də, dünyadan sevilib-seçilən sənətçilər dəvət ediləcək.
Cazdan pop musiqisinə qədər bütün janrlarda olan musiqilər TRT AVAZ vasitəsi ilə ekranlara gələcək.
TRT Müzik kanalına məxsus olan “Bir səsin cazibəsi’’ programı TRT AVAZ-da 12 Fevral Bakı saatıyla 19:40 yayımlanacaq. Proqramın təkrarı, 15 Fevral 03:30 da ekranlara gələcək.