Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.

XALQ.AZ report-a istinadən xəbər verir ki, o, XİN-dən məzuniyyətə çıxıb.

T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.

Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb.

XALQ.AZ