Türk dünyasında əlaqələr möhkəmlənir

Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişafına davam edir. Ölkələrimiz arasındakı qardaşlıq, müttəfiqlik münasibətlərinin inkişafında sözsüz ki, hər iki dövlətin liderlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu misilsizdir. Və bu gün Dənizin üzərində inşa edilən nəhəng layihə – Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbərinin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və buna baxmayaraq durmadan inkişafa davam etdiyini göstərir. Vurğulamaq layımdır ki, Azərbaycan hər bir uğurunda Türkiyəni, Türkiyə də hər uğurlu layihələrin açılışıinda Azərbaycanı öz yanında görmək istədiyi kimi iki qardaş ölkədə bu tendensiya müşahidə olunur. Məhz Türkiyədə liderlərin iştirakı ilə baş tutan bu böyük layihənin açılış mərasimi həm də dövlətlərin və xalqlarımızın bir-birinə bağlılığının növbəti əyani göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılışında iştirakı bu faktorun göstəricisidir. Dövlət başçımız çıxış zamanı da bildirib ki, Azərbaycan- Türkiyə qardaşlıq birliyinin sarsılmaz olduğunu bildirərək vurğulayıb ki, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi: «Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”.

Dövlət başçısı Azərbacanın 44 gün davam edən İkinci Qarabağ savaşında da Türkiyənin axıra qədər Azərbaycanın yanında olduğunu vurğulayaraq bildirib ki, biz hər zaman bir yerdəyik – xoş günlərdə də, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib: “İlk saatlardan savaşın son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq”.

Prezident İlham Əliyev ötən ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini xatırladaraq vurğulayıb ki, uzun illər sonra tarixi ədaləti bərpa edib Zəfər qazanan Azərbaycan üçün işğaldan azad edilmiş torpaqlarda bu cür böyük bir layihəni icra etmək və bunu reallığa çevirmək olduqca mühüm əhəmiyyətə malik idi. Məhz belə bir məqamda isə Türkiyə lideri açılış mərasimində iştirakı ilə bir daha Azərbaycana olan böyük dəstəyi və dövlətlərimizin, xaqlarımızın sarsılmaz bağlarla bir-birinə bağlandığını bütün dünyaya göstərmiş oldu. Həmçinin, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasında da Türkimyə Prezidentinin Azərbaycanın yanında olmaqla bir daha qardaşlıq birliyinin təzahürüdür. “Biz Türkiyə ilə həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”,-deyən Azərbaycan Prezidenti deyib ki, bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”.Göründüyü kimi, Prezident İlham Əliyev cənablarının dediyi kimi, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələr olmmaqla, tarixin çox böyük sınaqlarından çıxaraq bu dostuqluq, qardaşlıq, həm də artıq rəsmən müttəfiqik daima əbədi olacaq: “Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Bir sözlə, bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə qarşısında duran olduqca mürəkkəb və taleyüklü məsələlərin həllinə nail olub. Ölkəmiz bu dövrdə öz tarixinin ən yüksək inkişaf səviyyəsinə çata bilib, iqtisadi qüdrətini artırıb, ölkəmizdə hərtərəfli inkişaf, xüsusən ordu quruculuğu sahəsində böyük uğurlar əldə olunub. Məhz bu uğurlar və ortaya qoyulan siyasi iradə yekunda 44 günlük müharibədə tarixi Zəfərin qazanılmasına gətirib çıxardı. Bu gün Azərbaycan Prezidentinin nəzarəti ilə işğaldan təmizlənən bölgələrdə quruculuq işləri görülür. Bir sözlə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Onların qarşılıqlı dostluq, qardaşlıq münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir. Bu Azərbaycan və Türkiyənin tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir. Və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Türkiyəyə növbəti səfəri iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək, çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da belə olacaq.

MƏŞHUR MƏMMDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü