Türk Hava Yolları Çinə uçuşları dayandırdı

“Türk Hava Yolları” aviaşirkəti Çinə uçuşları 9 Fevrala qədər dayandırıb.

XALQ.AZ-ın  məlumatınag görə bu barədə şirkətin mətbuat katibi Yahya Üstün bildirib.

Təxirə salınan reyslər Pekin, Guançjou, Şanxay və Sian istiqamətində olan reyslərdir.

Onun sözlərinə görə bu, milli və beynəlxalq hakimiyyət orqanları ilə birlikdə mövcud vəziyyəti və son dövrdə koronavirusla əlaqəli hadisələri qiymətləndirmək üçün edilib.