Türk nazirdən atom bombası açıqlaması

Nazir

Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız “TRT Haber”də gündəmlə bağlı bəzi sualları cavablandırıb.

XALQ.AZ-ın məlumatına görə, Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız alman qəzeti “Die Welt”in yazdığı “Türkiyə nüvə silahı hazırlamaq istəyir” xəbərinə aydınlıq gətirib.

“Türkiyə prezidentinin uranın zənginləşdirməsi ilə əlaqədar təlimat verdiyi deyilir. Əgər belə olsaydı, mənim vəzifəm olduğu üçün bu təlimatı mənə verərdi. Buna görə də demək istəyirəm ki, nə belə bir təlimat, nə də niyətimiz, istəyimiz yoxdur. Heç cəhd də etmirik.” – deyə nazir yayılan iddialara sərt cavab verib.

Qeyd edək ki, Almaniyanın “Die Welt” qəzeti Türkiyənin atom bombası əldə etmək üçün hazırlıqlara başlaması haqqında məqalə dərc edib. Federal Təhlükəsizlik Nazirliyinin Planlama Şöbəsinin keçmiş müdiri Hans Rühlenin imzası ilə dərc edilmiş yazıda Türkiyənin nüvə silahı əldə etməsində texniki bilgilərin Pakistan tərəfindən ötürüldüyü bildirilir.