Türkiyə ermənilərinə hədiyyə-ŞOK

55

 

 

1964-cü ildə Türkiyə dövləti tərəfindən əl qoyulduğu iddia edilən, üzərində Zeytinburnu Stadionunun da olduğu 42 min kvadrat metrlik maddi dəyəri çox böyük olan ərazi, Ərdoğan hökumətinin xüsusi çıxartdığı qanunla “Yedikulə Surp Pırgiç Fonduna verildi.

Marka.az xəbər verir ki, AKP hökumətinin Türkiyədəki erməni fondlarına ərazilərin bağışlanmasıyla əlaqədar son hadisə Türkiyənin Zeytinburnu bölgəsində yaşanıb. “Yedikule Surp Pırgiç” Fondu ona aid olduğunu və 1964- cü ildə əllərindən alındığını iddia etdiyi Zeytinburnu Kazlıçeşmedə 42 min 259 kvadrat metrlik ərazi Fondlar üzrə Baş Məclisinin qərarının ardından ermənilərə qaytarıləb.

Qeyd edək ki, 22 yanvar 2014 tarixində qaytarılan ərazinin üzərində İstabnbul Bələdiyyəsinə aid Zeytinburnu İdman Kompleksi, Zeytinburnu Bələdiyyəsinə aid Zeytinburnu Stadionu və açıq avtopark var.