Türkiyə Ermənistan sərhədində əməliyyat

 

54

Türkiyə Ermənistanla sərhədlərini minalardan təmizləyir”. “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat sərhədlərin minalardan təmizlənməsi işinin Silahlı Qüvvələr və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcəyini bildirib. Təmizlənəcək ərazilərin 11 milyon kv metr olduğu qeyd edilib. Proyektin həyata keçirilməsi üçün 52 milyon 450 avro lazım olduğu söylənilib. Ərazilərin minalardan təmizlənməsi üçün məbləğin 75 faizini Türkiyə hökumətinə Avropa İttifaqının ödəyəcəyi vurğulanıb. Qeyd edək ki, bir neçə ay bundan öncə erməni mətbuatı da eyni iddia ilə çıxış etmişdi.