Türkiyə mətbuatı Azərbaycanın şəhid jurnalistlərindən YAZDI

Bu gün Ermənistan terroru bir daha bütün dünyaya bəyan oldu. Azərbaycanın iki gənc jurnalisti AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək həlak olublar.


XALQ.AZ xəbər verir ki, baş verən dəhşətli hadisə Türkiyə mediasında da işıqlandırılıb.


Türkiyənin “Hürriyet” qəzeti “Ermenistanın döşediği mayın patladı, 2 Azerbaycanlı gazeteci hayatını kaybetti” başlığı ilə məlumat yayıb. Yazının içərisində isə ətraflı məlumat yerləşdirib.

“Anadolu Ajansı” “Ermenistanın işgal döneminde Kelbecer’de döşediği mayının patlaması sonucu 2-si gazeteci  3 Azerbaycanlı hayatını kaybetti, 4 kişi yaralandı” başlığı ilə məlumat yayıb.


“Alanya”
 qəzeti də Azərbaycanda baş verən hadisəni nəzərdən qaçırmayıb. “Ermeni mezalimi sürüyorErmenistan mayınının patlaması sonucu 2 Azerbaycanlı gazeteci hayatlarını kaybetdi”,-qəzet yazıb.


CNN kanalının məlumatı: “Kelbecerde mayın patlaması sonucu 2 Azerbaycanlı gazeteci hayatını kaybetti”.
Ətraflı məlumat isə yazının içərisindəqeyd olunub.