Türkiyə sərhədi açdı

23

 

XALQ.AZ xəbər verir ki, İŞİD-in hücumlarından qaçaraq Türkiyənin Şanlıurfa bölgəsində yerləşən Dikmədaş kəndinə keçmək istəyən kürd mənşəli suriyalıların sərhəddə gözləmələrinə sərt reaksiya göstərən şəxslərə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edib. Polisin əhalini dağıtmaq üçün bibər qazı və su şırnaqlarından istifadə etdiyi xəbər verilib.

Lakin Suriya-Türkiyə sərhədində İŞİD döyüşçülərinin hərbi əməliyyatları gücləndirməsi zamanı təmas xəttini keçmək istəyən kürdlər arasında itki olmasın deyə rəsmi Ankara sərhədin açılmasına icazə verib.

Türkiyə vaxtı ilə saat 13:00-dan etibarən onların Türkiyə ərazisinə buraxmağa başlayıblar.