“Türkiyə Silahlı Qüvvələri 1 458 terrorçunu zərərsizləşdirib”

“Türkiyə Silahlı Qüvvələri yanvarın 1-dən etibarən İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlar zamanı 1 458 terrorçunu zərərsizləşdirib”.

XALQ.AZ-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Mübarizəmiz kəskin şəkildə davam edir. Türkiyə Silahlı Qüvvələrinin bu mübarizəsi ən son terrorçu zərərsizləşdirilənə qədər əzmkarlıq və qərarlılıqla davam edəcək”, – deyə, nazir bildirib.