Türkiyə Uels oyunu bitdi

XALQ.AZ xəbər verir ki, günün ikinci matçında A qrupu çərçivəsində Türkiyə yığması Uels millisi ilə qarşılaşıb.

İlk matçda İtaliya millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Uelsin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qrupun digər matçında lider İtaliya millisi İsveçrə ilə üz-üzə gələcək.