Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Dövlət Müstəqilliyi Günü ilə bağlı Azərbaycanı təbrik edib.

XALQ.AZ xəbər verir ki, o, bu barədə öz “Twitter” səhifəsində qeyd edib.

Nazir yazıb: “Mən qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.