Türkiyədə 6,6 ballıq zəlzələ

Türkiyədə 6,6 maqnitudalı zəlzələ baş verib.

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü zəlzələnin təkanları İstanbul və İzmir şəhərlərində hiss edilib.

Yeraltı təkanların episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

****

Zəlzələnin İzmirlə yanaşı Aydın, Muğla, Manisa, Dənizli, Çanaqqala, Bursa, İstanbul, Uşak, Kütahya, Bursa, Yalova, Tekirdağ və Ədirnədə hiss edildiyi bildirilib. Xəstəxanalar, xilasetmə, polis və tibbi yardım qrupları hazır vəziyyətə gətirilib.

XALQ.AZ