TÜRKİYƏDƏ BU ŞƏHƏRLƏRDƏ GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLİR -PROFESSORUN AÇIQLAMASI

Türkiyəli professor Övgün Ahmet Ercan Mərmərə dənizində baş verən zəlzələ ilə bağlı açıqlamalar verib.

Sosial media hesabında zəlzələ ilə bağlı şərhlərini paylaşan Ahmet Ercan “Mərmərə dənizində baş verən 3,3 ballıq zəlzələ böyük İstanbul zəlzələsinin xəbərçisidirmi?” sualına cavab verib.

Professor paylaşımında bunları qeyd edib: “6 avqust 2023-cü il, saat 18.29-da Yalova yaxınlığında dənizdə baş verən 3,3 ballıq zəlzələ 1999-cu il tektonik xəttində cüzi bir gərginlikdir. Bu, Şimali Mərmərədə gözlənilən böyük zəlzələ üçün xəbərdarlıq deyil. Mərmərə 7 baldan yuxarı böyük bir zəlzələ yarada biləcək səviyyədə deyil.

Şimali Mərmərə: İstanbul, Yalova, Kocaeli, Çınarcık, Gemlik, Mudanya, Bandırma, Erdek, Biga, Lapseki, Tekirdağ, Şarköy, Gelibolu və Trakiyanın Mərmərə sahillərində baş verəcək zəlzələ onun təsir dairəsində olacaq”.

Qeyd edək ki, dünən saat 18.29-da Mərmərə dənizində 3,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 7,7 kilometr olub. Yeraltı təkanlar Yalova, İstanbul, Kocaeli, Sakarya və Bursada da hiss olunub.

 

Ahmet Ercan, olası İstanbul depreminde etkilenecek bölgeleri tek tek saydı

Ahmet Ercan, olası İstanbul depreminde etkilenecek bölgeleri tek tek saydı