Türkiyədə son 92 ilin ən isti günü qeydə alındı

Türkiyənin Çanaqqala vilayətində iyun ayı üzrə son 92 ilin ən isti günü qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, bu barədə qardaş ölkənin Meteorologiya Baş İdarəsindən bildirilib.

Məlumata əsasən, son 15 gün ərzində Çanaqqala və ətraf bölgələrdə havanın temperaturunda tədricə artım müşahidə edilib. İyunun 28-də isə temperatur rekord həddə çataraq 37,2 dərəcə təşkil edib. Anoloji hal 92 il əvvəl qeydə alınıb.