Türkiyədə təyyarə qəzası

Teyyare

Turkiyədə bu gün günortadan sonra mülkü təlim təyyarəsi qəzaya uğrayıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Ankara vilayətinin Poladlı bölgəsinin Yeni Kosalar kəndi yaxınlığında baş verib.

Hadisə yerli vaxtla bu gün saat 18.30 radələrində baş verib. ABŞ-dan özü gətirdiyi detallarla bir nəfərlik təyyarə düzəldən 57 yaşlı Necip Ülkü nəzarəti itirərək şəkər çuğunduru tarlasına düşüb. Necip Ülkü hadisə yerində həyatını itirib.