Türkiyədə yeni Konstitusiya qəbul olunacaq

39

 

Türkiyədə yeni Konstitusiya qəbul olunacaq.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Baş naziri Əhməd Davudoğlu “TRT haber” kanalına müsahibəsində bildirib ki, Ədalət və İnkişaf Partiyası hakimiyyəti ölkədə yeni Konstitusiya qəbul olunmasını özünün mühüm hədəflərindən biri sayır.

Yeni Konstitusiyanın Türkiyədə sevgi ilə qarşılanacağına əmin olduğunu ifadə edən Baş nazir bildirib ki, 2015–ci ilin sonlarından 2019-cu ilin yazınadək ölkədə heç bir seçki nəzərdə tutulmadığı üçün yeni Konstitusiyanın qəbulu bu dövrə təsadüf edə bilər.

Xatırladaq ki, 1921-ci ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə hazırlanaraq “Teşkilat – ı esasiye kanunu” adı ilə qəbul olunmuş ilk Konstitusiya sonrakı dövrlərdə ölkədəki ictimai-siyasi proseslərə uyğun olaraq bir neçə dəfə dəyişdirilib.

Türkiyə qanunlarına görə yeni Konstitusiya referendum yolu ilə qəbul edilə bilər.