Türkləri güldürən adam

Saban

Türkiyədə 3 oktyabr Dünya Gülümsəmə Günü münasibəti ilə bir araşdırma aparılıb.

XALQ.AZ-ın məlumatına görə, 2 şəhərdə yaşları 18 – 65 arasında dəyişən şəxslər arasında sorğu keçirilib. Məlum olub ki, Türkiyədə hər 3 adamdan 1-i gülüşündən utanır. Sorğularda iştirak edənlərin 63 %-i dişlərini bəyənmədiyi üçün gülümsəməyin özünə yaraşmadığını deyir.

Türkləri ən çox güldürən şəxs isə ölümündən 14 il keçməsinə baxmayaraq hələ də Kemal Sunaldır. Araşdırmalara görə, Şaban kimi də tanınan məşhur aktyor 49 %-lik səslə ilk pillədə yer alıb. Onu Cem Yılmaz və Tolga Çevik təqib edir.

“Hababam Sınıfı” filmi isə türklərin ən çox güldürən film seçilib. Araşdırmaya qatılan hər 10 adamdan 4-ü isə sosial şəbəkələrdə videolar izlədiyini söyləyib.