TÜRKPA-nın plenar iclası keçiriləcək

23-24 iyun 2022-ci ildə Qırğızıstanda TÜRKPA-nın 11-ci plenar iclası keçiriləcək.

XALQ.AZ xəbər verir ki, Çolpon-Ata şəhərində baş tutacaq iclasın mövzusu “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” olacaq.

İclasda üzv ölkələrin, eləcə də Özbəkistan, Türkmənistan, Macarıstan parlamentlərinin sədrləri, beynəlxalq təşkilatların, türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələri iştirak edəcək

Görüş zamanı təşkilatın adının dəyişdirilməsi və daimi komissiyaların sənədlərinin, eləcə də model qanunun qəbul edilməsi gözlənilir.