Üç ay komada qalan hərbçimiz şəhid oldu

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucaldı.

Söhbət Bakının Maştağa qəsəbəsindən olan Saleh Samir oğlu Şəfizadədən gedir.

Şuşa istiqamətində gedən döyüşlərdə başından yaralanan Saleh Şəfizadə, 3 aya yaxın komada qalıb. Komadan ayılmayan Saleh ötən gün şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!