Üç polisin qətlinə səbəb: Kərəm Həsənovun adamı Rüstəm Şahbazov qardaşı.....-Araşdırma
Bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.(Allah rəhmət elesin)
Rövşən Allahverdiyevlə bağlı redaksiyamıza maraqlı faktlar daxil olub.
XALQ.AZ -a verilən məlumatına əsasən,Rövşən Allahverdiyevin axtarışana səbəb və şikayətçi olan A. Dadaşov Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda ona bildirib.
Rövşən Allahverdiyev A. Dadaşovu Şahbazov Teymur Adıgözəl oğlu ilə onu tanış edirək məsələni həll edəcəklərini bildiriblər və ondan 236 min manat pul alıblar.
Teymur Şahbazov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşıdır.
Teymur Şahbazov qardaşının adından və mövqeyindən sui-istifadə edərək, A.Dadaşovu aldadıb. A.Dadaşov sözlərinə görə, aldadıldığını bildikdə polisə müraciət edib. Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.
Məlumata əsasən aldadılan şəxs pulunu Teymur Şahbazovdan ala bilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazova müraciət etsədə heç bir nəticə əldə olunmuyıb. Qeyd edək ki,Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov məsələdən xəbərdar olsa da heç bir tədbir görməyib.
Bildirir ki, Rüstəm Şahbazov 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib .2020-ci il ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsində çalışır.
Qeyd edək ki, Rüstəm Şahbazov Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənovun kadrı olub. 2019-ci ildə Kərəm Həsənov Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edildikdən sonra da Rüstəm Şahbazova himayəsindən kənarda qoymayaraq onu 2020 -ci ildə onun vəzifəsini qoruyub saxlaya bildiyi iddia olunur.
Mətbuatda Kərəm Həsənovun himayəsində olan Rüstəm Şahbazovun adı xeyli sayda əmlak qalmaqalında da keçir. Müxtəlif şikayətçilər onun tərəfindən qeyri-qanuni olaraq əmlaklarının – torpaqlarının, bağ sahələrinin əllərindən alındığını bildirirlər. Onun adı yüksək məbləğdə zərər vurmaqla dələduzluqda hallanan qardaşı Teymur Şahbazovun isə Rusiyada yaşadığı bildirilir
Adı çəkilənlərini fikirlərini dərc etməyə hazırıq.