Üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin Aqrar siyasət komitəsi üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib. Xalq.az – ın məlumatına görə, bu barədə komitənin bu gün keçirilən iclasında qərar verilib.

Sözügedən qanun layihələri “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədədir.

Layihələr Milli Məclisin növbəti plenar iclasında I oxunuşda müzakirə olunacaq.