“Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin” Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Laçının işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

XALQ.AZ xəbər verir ki, paylaşımda deyilir:

“Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”