Ucarda 5 yaşlı uşaq ərik çərəzindən ölüb

Erik

Ucarda 5 yaşlı uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib. Bu haqda Ucar Mərkəzi Rayon Xəstəxanasından xəbər verilib.

XALQ.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bağman kəndində baş verib.

Bağman kənd sakini nəvəsi 5 yaşlı Abdullayev Əşrəf Emin oğlunu ağır vəziyyətdə xəstəxanaya gətirib. Xəstəyə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Ə. Abdullayev dünyasını dəyişib. Mərhumun babasının dediyinə görə, o ərik çərəzini sındırıb yedikdən sonra vəziyyəti pisləşib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.