UEFA-dan azərbaycanlı hakimə təyinat

Azərbaycanlı futbol hakimi Namiq Hüseynov UEFA-dan təyinat alıb.
XALQ.AZ xəbər verir ki, 32 yaşlı referi UEFA Regionlar Kubokunun final mərhələsində keçiriləcək “Bavaria” – “Ligue de Normandie” matçında yan xətt hakimi olacaq. Qarşılaşmanı israilli Eytan Şemeuleviç idarə edəcək.
Qeyd edək ki, A qrupundav keçiriləcək qarşılaşma iyunun 18-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.