Uğurla davam edən islahatlar və reformlar….

“Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının 5 mart tarixində 7-ci qurultayı keçirilib. Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı İlham Əliyevin başlatdığı və YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevin hərtərəfli dəstəyi və himayəsi ilə uğurla davam edən islahatlar və reform hərəkətləri YAP-ı da əhatə edib”.

Bu sözləri açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, YAP-ın növbəti qurultayında məlum olduğu kimi partiyanın yeni nizamnaməsi qəbul edilib. Yeni Nəzarət Təftiş qrupları, Ağsaqqallar Şurası və Gənclər Birliyi seçilib. YAP-ın yeni nizamnaməsində bir şəxsin eyni anda iki vəzifə daşımaması öz əksini bilavasitə tapıb. Ramil Həsən bu barədə fikrini belə izah edib: “Buna görə də, başqa vəzifələrdə işləyən həmkarlarımız, təbii ki, bu nizamnamənin müəyyən maddələrinə uyğun olaraq YAP-ın rayon təşkilatı sədrliyindən gedərək millət vəkili ya da başqa vəzifələrdə öz fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan YAP İdarə Heyətinin son iclasında Bakı şəhərinin yeni rayon sədrlərinin təqdimatı da, əslində, partiyanın yeni nizamnaməsinin artıq müvafiq olaraq tətbiqinin bir nümunəsidir. Biz bunun şahidiyik. Biz deyə bilərik ki, reform prosesi və islahatlar prosesindən biri olan rayon təşkilatlarına yeni sədrlərin təyin olunması partiyamızın daxilən möhkəmlənməsinə, onun nüfuzunun və imicinin daha da artmasında önəmli islahatdır. Bundan sonra biz başqa rayonlarda da yeni nizamnamənin müddəasına uyğun olaraq, bu tip dəyişikliklərin gedişatının şahidi olacağıq. Nəzərə almaq lazımdır ki, YAP-ın yeni seçilmiş rəhbərliyi Partiya sədri və Onun birinci müavini hörmətli Mehriban xanım Əliyevanın tapşırıqlarını uğurla həyata keçirir. Bu prosesin tərkibi hissəsi olaraq yeniləşmə, modernləşmə, çağdaş zamana ayaq uydurmaq baxımdan, şübhəsiz ki, yeni nizamnamənin müddəlarından irəli gələn tələblərə uyğun olaraq, partiya rəhbərliyi, Mərkəzi Aparatı tərəfindən ciddi addımlar atılır. Biz də YAP-ın sadiq və siravi, partiyanı Milli Məclisdə fəxrlə təmsil edən millət vəkili olaraq bu istiqamətdə atılan bütün addımları dəstəkləyirik”.