Ukraynada gilaslardan nəhəng təsvir hazırladılar

Ukraynanın Melitopol vilayətində ənənəvi gilas festivalı keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbir çərçivəsində müxtəlif gilas növlərindən nəhəng rəngli təsvir hazırlanıb.

Eni 7, hündürlüyü 3 metr olan təsvir Melitopol incəsənət məktəbinin müəllimləri tərəfindən ərsəyə gətirilib.

Onun hazırlanması üçün 330 kq gilasdan istifadə olunub.