Ukraynada müharibənin ikinci dalğası başlayır

29

Ukrayna prezidenti atəşkəs rejiminin müddətinin uzatmayıb

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənub-şərqində bir tərəfli qaydada elan edilmiş atəşkəs rejiminin müddətinin uzadılmaması barədə qərar qəbul edib.

Bu barədə xəbər Ukrayna prezidentinin rəsmi saytında yer alıb. Poroşenko bildirib ki, bölgədə atəşkəs rejiminin müddətini uzatmamaqla terrorçulara, üsyançılara və dinc sakinlərə həyatını riskə atanlara, ölkə iqtisadiyyatına zərbə vuranlara, işçiləri, təqüdçüləri maaşlarından məhrum edənlərə, su kəmərlərini, dəmir yollarını yarasız hala salanlara, bir sözlə vətəndaşlarımızın rahatlığını pozan hər kəsə qarşı cavabmızı verəcəyik, torpaqlarımzı təmizləyəcəyik.

Prezident deyib ki, atəşkəs rejiminə separatçıların əməl etməməsi rejim müddəti uzatmamağa əsas verir.

Qeyd edək ki, iyunun 20-də Ukraynanın cənub-şərq bölgəsində birtərəfli qaydada atəşkəs rejimi elan edilmişdi.