Ulu öndər 1993-cü ildə Yeni Azərbaycan qurmuşdusa, onun siyasətini davam etdirən Prezident İlham Əliyev Yeni Qarabağı quracaq

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il həsrətində olduğumuz Qarabağ torpaqları 44-gün müddətinə düşməndən azad olunmuşdur.

Artıq ərazilərdə infrastruktur yenidən planlı şəkildə həyata keçirilməyə başlanılmışdır.

Bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Ali Baş Komandan ailə üzvləri ilə birlikdə Qarabağ torpaqlarına səfər etmişdir. Səfər zamanı diqqəti cəlb edən əsas və başlıca məqamlardan biri də Dini məbədləri və Dini məscidləri ziyarət etməklə xalqına, ölkəsinə dualar etmiş, kəbədən gətirilmiş Qurani-Kərimi hədiyyə etmişdir.Həzrəti peyğəmbərin kəlamlarında deyilir “Həcc ziyarətində həcc əməllərini başa vuran hər kəs məmləkətini və xalqını qorumağa sadiq olur”

Prezident İlham Əliyev düşmənlərimiz tərəfindən dağıdılmış Qarabağ və onun rayon və şəhərini tam yenidən tikilməsi barədəki fikir bütün Azərbaycan xalqının sevincinə səbəb olmuşdur.

Bu baxımdan 1993-cü ildə Ulu öndər Yeni Azərbaycan qurmuşdusa, onun siyasətini davam etdirən cənab prezidentin Yeni Qarabağ tikintisində uğurlar olsun deyə deputat qeyd edib.