Ülvi Quliyev çağırış etdi-Video

Allahdan dilədiyimiz ümdə qismətlərdən biri, daha doğrusu, birincisi sağlam həyatdır, sağlıqdır.

Bunu Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev sosial hesabında yazıb.

Ülvi Quliyev bildirib ki, təkcə fiziki mənada deyil, mənəviyyatın, ruhun sağlığı da həyatda çox önəmli məsələdir. Uca Tanrı hər kəsə arzu etdiyi qismətə yetişmək üçün seçim imkanları verir. Bu imkanlardan biri zərərli vərdişlərdən uzaq dayanıb sağlam həyat tərzinə-idmana xüsusi diqqətin ayrılması ilə bağlıdır. Gənc nəslin ruhən və fiziki cəhətdən güclü, inamlı, münasibətlərdə etibarlı, saf əqidəli və vətənpərvər ruhda yetişməsində idmanın, o cümlədən peşəkar idmanın əhəmiyyəti danılmazdır. Təhsil və elm sağlam həyat tərzi-idmanla birləşəndə uğur və nailiyyətlər də qaçılmaz olur deyə millət vəkili qeyd edib.