media-iqt

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü il məzunlarının diplomları verilmir.

Bu barədə UNEC məzunları Ölkə.Az-a müraciətində bildirib.

 

 

 Məzunların sözlərinə görə, diplom məsələsi ilə bağlı universitet onları Elm və Təhsil Nazirliyinə, nazirlik isə universitetə yönləndirir.

UNEC-dən  bildirilib ki, ali təhsil müəssisəsi bununla bağlı nazirliyə məktub göndərib:

“Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib”.

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məsələ araşdırılacaq

Qeyd edək ki,Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur.


media-ads-728x90

Bənzər xəbərlər