“Unibank” müştərilərinə necə fırıldaq gəlir?

UNI

Dövlət başçısı İlham Əliyev cənabları Nazirlər Kabinetinin 10 iyul tarixli iclasında ölkədə fəaliyyət göstərən bankların fəaliyyətini sərt tənqid edərək onlardan məsuliyyətli olmağı tələb etmişdir:“Bu banklar öz məsuliyyətlərini başa düşməlidirlər”.
Bəli, bu gün fəaliyyət göstərən özəl bankların çoxu məsuliyyət hissindən çox uzaqdır. Dəfələrlə bu bankların biabırçı fəaliyyəti parlament səviyyəsində müzakirə olunub, hətta Milli Məclisin üzvü, tanınmış iqtisadçı alim Əli Məsimov bu bankların fəaliyyətini “soyğunçuluq“ adlandırmılşdır.Bu çox ağır ittihamdır.
Bütün bu tənqidlərə və iradlara baxmayaraq özəl banklar getdikcə vətəndaşlara daha çox zülm edirlər, müştərilən hüquqlarını pozurlar. Belə banklardan biri, bəlkə də birincisi “UNİBANK” ASC-dir.
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) bu bankın ən nümunəvi müştərisi tərəfindən müraciət daxil olub.
Deməli,vətəndaş Mirzəyev Kamran Fərman oğlu o dərəcədə nümunəvi müştəridir ki, bank ona “VİP” dərəcə müəyyən edərək “platin kart” verib, yəni müştəri bank qarşısında həmişə üzərinə düşən öhdəliyi yerinə yetirib. Bəs, görəsən UNİUBANK niyə üzərinə düşən öhdəliyi yerinə yetirmir?
Kamran Mirzəyev bildirir ki: “ 17 fevral 2014-cü il tarixdə ərizə ilə UNİBANK-a müraciət edərək həmin gün mənə SMS bildirşlərinin gəldiyini və mənə məxsus olan kartdan əməliyyatlar həyata keçirildiyini, 5000 manat pul çıxarıldığını, bu əməliyyatların Tailanddan həyata keçirildiyini bildirmişəm. Bu əməliyyatın mənim iradəmdən kənar həyata keçirildiyini, pulun kimlər tərəfindən çıxarıldığından xəbərim olmadığını bildirərək ərizəmin araşdırılmasını xahiş etmişəm. Hətta bununla kifayətlənməyərək, başıma gələn hadisənin Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qəsd hesab edərək Milli Təhlükəsizlik naziri hörmətli Eldar Mahmudova müraciət edərək tədbir görməsini xahiş etmişəm”.
Zərərçəkən bildirir ki, mən heç zaman Tailandda olmamışam və bununla bağlı banka sənəd təqdim etmişəm.
Müştəri Kamran Mirzəyev haqlı olaraq qeyd edir ki: “ Bank öz müştərilərinin əmanətinin təhlükəsizliyi üçün mövcud imkanlardan istifadə edir ki, bunlardan biri də 3D sistemidir. Yəni müştəri tərəfindən hər hansı ONLAYN ödəniş edilərkən Bank dərhal müştəriyə bu ödənişin təsdiqi üçün PAROL ŞİFRƏ göndərir və müştəri həmin parol şifrəni yığmaqla bu əməliyyatı təsdiq edir. Mənə isə parol şifrə göndərilməmişdir. Hətta Tailand hazırda problemli ölkələr kateqoriyasına daxil olduğundan orada bir neçə dəqiqə ərzində mənim kartımdan 5-6 dəfə böyük məbləğdə pul çıxarılarkən bank dərhal əməliyyatı dayandırmalı olduğu halda bunu etməmiş və bununla da məhz bankın məsuliyyətsizliyi səbəbindən mən həmin məbləğdən məhrum olmuşam”.
UNİBANK həmişə olduğu kimi məsuliyyəti öz boynundan atmaq üçün təcili müştərini məhkəmə verib. Və Nərimanov məhkəməsi tərəfindən Mirzəyev Kamranın banka 5505, 55 manat borcunun yaranması ilə bağlı qərar çıxrmışdır.
Biz məhkəmənin ədalətsiz qərarını növbəti yazıda araşdıracağıq. Amma UNİBANK-ın bu hərkəti İlham Əliyevin dediyi kimi məsuliyyətsizlikdən də o tərəfə biabırçılıqdır, rəzalətdir.
Yəqin ki, ölkə mətbuatı UNİBANK-ın bu bıabırçı hərəkətini uzun müddət gündəmdə saxlayacaq.
Redaksiyadan: Həqiqətən də maraqlıdır ki, bank əməliyyat zamanı öz müştərisinə niyə parol-şifrə göndərməyib? İcazə verin şübhələnək..?