UNİCEF-in Bakı nümayəndəsi dəyişdi

 

41

BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı yeni nümayəndəsi təyin edilib.

UNİCEF-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu vəzifəyə Andro Şilakadze təyin edilib.

Şilakadze əvvəllər UNİCEF-in tərkibində Mərkəzi və Cənubi Asiya ölkələrində müxtəlif vəzifələrdə işləyib.

Şilakadze UNİCEF-ə 1999-cu ildə Tiflisdə təşkilatın Səhiyyə Proqramının Rəhbəri kimi qoşulub. Növbəti 2001-2003-cü illərdə o UNICEF-in Sosial Siyasət Bölməsinə rəhbərlik edib.

Qeyd edək ki, UNICEF-in Azərbaycandakı keçmiş nümayəndəsi Mark Herevard olub.