Unibank bağlanır-Əmanətçilər depozitlərini geri çəkir

Unibank” 2024-cü ilin I rübünün maliyyə hesabatını açıqlayıb.

 

Cari ilin I rübündə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 71% artaraq 7 milyon 344 min manata yüksəlib. Ötən ilin I rübündə bank 4 milyon 290 min manat xalis mənfəət əldə etmişdi.

 

Hesabat dövründə bankın xalis faiz gəlirləri 16.7% artaraq 35 milyon 943 min manata, qeyri-faiz gəlirləri 6.8% azalaraq 24 milyon 396 min manata bərabər olub. Bu dövrdə bankın əməliyyat mənfəəti 16 milyon 377 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

 

2024-cü ilin birinci rübündə “Unibank” kiçilib. Belə ki, cari ilin aprel ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 1.3% və ya 2 milyon manat azalaraq 1 milyard 588 milyon manata enib. Bankın aktivlərinin 66%-ni ( 1 milyard manat) müştərilərə verilmiş kreditlər təşkil edir. Bankın istehlak kredit portfeli ilin əvvəli ilə müqayisədə 19.7 milyon manat və ya 3.2% azalaraq 607.8 milyon manat təşkil edib.

 

Cari ilin üç ayı ərzində müştərilər 42 milyondan çox depoziti bankdan geri götürüblər. Belə ki, fiziki şəxslərin depozit portfeli 4.5 milyon manat azalaraq 936,7 milyon manata, hüquqi şəxslərin depozitləri 37.9 milyon manat azalaraq 236.7 milyon manata enib.

 

Bankın ümumi depozit portfeli isə ilin əvvəlindən 3.5% və ya 42,4 milyon manat azalaraq 1 milyard 173 milyon manat manat təşkil edib.

 

2024-cü ilin aprel ayının 1-nə “Unibank”ın öhdəlikləri ilin əvvəlinə nisbətən 0.3% azalaraq 1 milyard 437 milyon manata, cəmi kapitalı isə 1.3% artaraq 150.8 milyon manata bərabər olub./Yenisabah.az