Uşaqlar mövzüsünda seminara start verilib

Usaqlar

Sosial risk altında olan uşaqların təhsil səviyyəsinin artırılması və onlarla işin aparılması üçün seminarlara başlanılıb.

XALQ.AZ-ın məlumatına görə, məqsəd sosial risk altında olan uşaqlarla, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqlarla necə davranmaq mövzusunda müzakirələr aparmaqdır. Seminarlara bu gündən start verilib. Sabah axşam saatlarına qədər davam edəcək tədbirə tək valideyn himayəsindən məhrum olan uşaqlarla işləyən müəllimlər deyil, həmçinin bağça müəllimləri də cəlb olunub.

Məsləhətçi Nailə Nəbiyevanın sözlərinə görə, “Seminar təkcə Azərbaycanda deyil, həmçinin qonşu olan digər dövlətlərdə də təşkil olacaq. Təşkilatçi dövlət isə Danimarkadır”.

Seminarda 30-a yaxın müəllim, yerli bələdiyyə və QHT nümayəndələri də iştirak edirdi.