Uşaqpulu bərpa olunacaq?

Milli Məclisdə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli uşaqpulu məsələsini günbdəmə gətirib.

XALQ.AZ-ın məlumatına görə, deputat kəndlərdə əhalinin pensiyasını rahat ala bilməsi üçün terminallar quraşdırılmasını təklif edib.



T.Kərimli həmçinin, uşaqpulunu ən ciddi problemlər sırasında hallandırıb:

“Sosial yardım vermək əvəzinə təsnifat yolu ilə uşaqpulunu bərpa etmək olar”,- deyə T.Kərimli vurğulayıb.