“Uzaqdan çəkin ki, yaxşı düşüm” – İcra başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu dəfə də köhnə fotoları ilə gündəmə gəlib.

Bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım edib.

Fotolarda ötən ilin 11 avqustunda başçı təyin olunan O.Mürsəlovun fiziki görünüşünəki dəyişiklik diqqətlərdən qaçmayıb.

37 yaşlı başçının vəzifəyə təyin olunduğu 10 ay ərzində xeyli çəki alması, müzakirələrə yol açıb.

Qeyd edək ki, bundan əvvəl də başçı “uzaqdan çəkin ki, yaxşı düşüm” sözləri ilə gündəmə gəlmişdi.

ƏVVƏL