Vəhabi türk komandir cihada çağırdı (VİDEO)

Mosulda Türkiyə konsulluğuna İŞİD silahlıları tərəfindən edilən basqının görüntüləri yayılıb.

XALQ.AZ-ın məlumatına görə, Görüntülərdə türk dilində danışan bir nəfər özünü İŞİD-in komandirilərindən biri kimi təqdim edib.

Şəxsiyyəti məlum olmayan həmin şəxs videoda cihada çağrışı edib.

Mobil telefon ilə çəkilmiş videoda çıxış edən həmin şəxs çox vaxt yuxusuz və acqarına döyüşdüklərini söyləyib:

“Bütün kafirlər bu torpaqlardan yox olacaqlar”.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar səfərbərlik elan edib. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.