Vəhşi ana ömürlük həbs olundu (FOTO)

vehsi

Türkiyənin Kocaeli vilayətində körpəsini evdə qoyaraq tətilə çıxan və onun ölümünə səbəb olan “ananın” cəzası məlum oldu.

XALQ.AZ-ın xəbərinə görə, Kocaeli Ağır Cinayətlər məhkəməsi müəllim Seçil Müge Doğanay barəsində ömürlük həbs qərarı verdi.

Xatırladaq ki, Kocaeli vilayəti Gölçük rayonu sakini olan Seçil Müge Doğanay 2013-cü il oktyabrın 20-də uşağını evdə qoyaraq 9 günlük qurban bayramı tətilinə çıxmış, 2 aylıq körpəsinin aclıqdan və susuzluqdan ölməsinə səbəb olmuşdu.

Doğanay özünü müdafiə edərkən körpənin nigahdan kənar doğulduğunu bildirmişdi.