Vətən Müharibəsi- 21-ci Əsrin Ən Şanlı Qələbəsidir

Azərbaycan ordusu 44 günlük davam edən müharibədə öz gücünü layiqincə yerinə yetirdi. Ordumuz Qaraxanbəyli kəndini azad etməklə öz şərəfli yolunu davam etdirdi. Azərbaycan ordusu müharibə dövründə heç vaxt sadə vətəndaşlara qarşı bir güllə belə atmadı. Bizim ordumuz ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə apardı. Ordumuz düşmənin bütün hərbi qüvvələrini məhv etdi. Ancaq azğınlaşmış mənfur düşmən bizim şəhərlərimizi və mülki əhalimizi hədəf almışdır. İkinci Qarabağ savaşında mənfur düşmən Bərdə, Gəncə, Tərtər və Mingəçevirə qadağan olunmuş silahla vurmaqla vətəndaşlarımıza xəsarət yetirmişdi. Çünki düşmən Azərbaycan ordusunun qüdrəti qarşısında aciz qalmışdır. Azərbaycan ordusu torpaqlarımızı azad etməklə 30 il davam edən tarixi ədalətsizliyi bərpa etdi. Biz əvvəlcə Talış və Hadrut qəsəbələrini, Şuşa şəhərini və Martuni rayonunu azad etməklə öz gücümüzü düşmənə bir daha sübut etdik.

Azərbaycan ordusu və əsgəri peşəkar təlim görmüş və ən yüksək mənəvi dəyərlərə malik olan ordudur. Ordumuz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayib.

Biz Hadrut qəsəbəsini düşməndən azad etməklə çox uğurlu hərbi strategiya qazandıq. Ümumiyyətlə ordumuz Hadrut döyüşlərində cənub cəhbəsində irəliləyərək düşmənə gözləmədiyi anda hücüm etmişdir. Elə döyüşün ilk günlərində ordumuz müharibənin taleyini həll etmişdir. Burada xüsusəndə, Xüsusi Təyinatlıların məharətini qeyd etmək olar.

Ordumuz Hadrutu azad etməklə Şuşaya doğru irəliləməyə başlamışdır. Şuşanın azad olunması başqa bir qəhrəmanlıq əfsanəsidir. Bəlkədə, düşmən ordumuzun hücümunu Şuşaya bu istiqamətdə gözləmirdi. Ordumuz Şuşanın azad olunmasında sıldırımlı və keçilməz qayalara, dağlara dırmaşaraq azad etmişdi.

Bununlada, Azərbaycan ordusu noyabrın 8-də Şuşanın azad olunmasını tariximizə əbədi qələbəni həkk etdi. Çünki,, Qarabağ bir üzükdür Şuşa isə onun qaşıdır!

Ordumuz oktyabrın 17-də Hadrutu azad etdikdən sonra Füzuli və Cəbrayıl şəhərlərini işğaldan azad etdi.

44 günlük davam edən müharibə qazandığımız qələbə bizim şanlı qələbəmizdir. Birinci Qarabağ savaşında mənfur düşmən bizim bütün şəhərlərimizi, kəndlərimizi viran qoymuşdur. Daşı-daş üstündə qoymayıb və əsl vandalizm törətmişdir. Biz Azərbaycan xalqı güclü xalqıq. Hər şeyi yenidən bərpa edəcəyik.

Cənab Prezident İlham Əliyevin 27 may 2022-ci il tarixində Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında bəyan etdiyi kimi, biz qalib xalq olaraq öz ata-baba torpaqlarımıza qayıtmışıq. Və yenidən Qarabağı cənnətə çevirəcəyik. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi buna baris nümunədir. Çünki Azərbaycan nəinki, regionda dünya miqyasında həm siyasi həm də iqtisadi baxımından sözünü demiş ölkələrdən biridir.

Bildiyimiz kimi Beynəlxalq hüquq deyilən bir anlayış öz funksiyasını həyata keçirə bilmir. İndiki, dövrdə əsas amil güc strukturudur. Bizdə bu gücə Cənab Prezident İlham Əliyevin yürütdüyü doğru siyasətin və müzəffər ordumuzun şücaəti nəticəsində qalib gəldik. Tarixi faktlarda bir daha sübut edir indiki Ermənistan (Qərbi Azərbaycan) qədim Azərbaycan torpaqlarıdır. 1920-ci ildə Zəngəzur mahalı Azərbaycandan ayrılaraq Ermənistana verilmişdir. Bunu orda olan coğrafi toponimlər Azərbaycana məxsus olduğunu bir daha sübut edir.

1918-ci il 28 may tarixində müstəqillik əldə etsəkdə amma müstəqilliyimiz cəmi 23 ay yaşadı. Lakin xalqımızın güclü iradəsi nəticəsində ölkəmiz 1991-ci il 18 oktyabr tarixində yenidən müstəqillik əldə etdik. Azərbaycan həm siyasi həm də iqtisadi baxımından müstəqil dövlətdir. Hec bir ölkədən asılı olmadan müstəqil siyasət yeridir. Biz müstəqil ölkəyik.  44 gün davam edən müharibədə bunu bir daha dünyaya bəyan etdik.

Bütün xarici ölkələr rəsmi İrəvanın yürütdüyü bu vəhşi siyasətə göz yummamalıdır. Mənfur düşmən yaşayış məntəqələrimizi, tarixi abidələrimizi məhv etməklə tarixi irsimizi silməyə çalışmışdır. Bu vəhşiliyin bariz nümunəsi “Azıx mağarasıdır”. “Azıx mağarası” ən qədim yaşayış məskənlərindən biridir. Tarixdən bildiyimiz kimi arxeoloq və alim Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə ən qədim insana məxsus olan qadın alt çənə sümüyü tapılmışdır. Azıx mağarası bizim tariximizə məxsusdur və tarixi sərvətimizdir.

Ermənistan 30 il ərzində xaricdən alimlər gətirmiş və qanunsuz olaraq burada işlər aparmışdır. Hətta rəsmi İrəvan tarixi faktları saxtalaşdırmağa çalışmışdır. Hünərli kəndində yerləşən alban kilsəsini belə erməniləşdirməyə çalışmışdılar. Ancaq buna qəti nail ola bilməmışdilər.

Azərbaycan tolerant bir ölkədir. Azərbaycan Respublikası bütün dinlərə və xalqlara hörmətlə yanaşır. Azərbaycanda yerli xalqlarla yanaşı bir çox azsaylı xalqlarda yaşayır. Buna misal olaraq Qafqaz dilli xalqları və fars dilli xalqları göstərmək olar. Azərbaycanda yaşayan hər bir millət dinindən, dilindən asılı olmayaraq, bir mənalı şəkildə Azərbaycanlıdır və Azərbaycan Respublikasının vətəndaşıdır. Bakıda yerləşən erməni və rus kilsələri Azərbaycanın tolerantlığa qarşı göstərdiyi diqqətdir. Ümumiyyətlə Azərbaycan xalqı ölkəmizdə yaşayan hər bir xalqa dost və qardaşcasına hörmət göstərir. Çünki biz Azərbaycanlılıyıq qonaqpərvər xalqıq!

 

Yap-ın üzvü

Abbasova Pərvanə