Vətəndaş: “Bu necə qaydadır, bu necə qanundur?”

“Kontakt Home”dan hissəli alışla məhsul sifariş vermişəm. Rəsmiləşdirmədən sonra çatdırılma ünvanı kimi Sumqayıtı göstərdim və bildirdim ki, dostuma hədiyyə edirəm. Məhsulu verməkdən imtina etdilər. Bildirdilər ki, hissəli alışda digərlərinə hədiyyə edə bilməzsiz.

Bu problemlə Fəxrəddin Əli adlı vətəndaş üzləşib.
O, növbəti gün eyni məhsuldan özü üçün almaq istəsə də, “Kontakt Home” məhsulu vətəndaşa satmaqdan imtina edib:

“Yenidən sifariş verdim. Bildirdilər ki, siz keçən dəfə dostunuz üçün sifariş verdiyinizə görə, sizə yenidən satış edə bilmərik. Dedim, mən hazırda “Kontakt Home”un müştərisiyəm və adımda açıq kredit var. Bir neçə dəfə də kredit götürmüşəm heç bir gecikmə, problem olmayıb. Keçən dəfə dostum üçün alırdım, indi fikrimi dəyişmişəm, özüm üçün alıram. Fikrimi dəyişə bilmərəm?
Deyir ki, təəssüf ki, xeyr!
Bu necə qaydadır, bu necə qanundur? Ödəyici mənəm, kredit də mənim adımadır. Sabah mən ödəməsəm gəlib mənim evimdəm maşını söküb aparası deyilsiz ki? Evimdə olsa da, qonşuda olsa da ödəyici mənəm. İndi mən qızıma cehiz almayım?”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.