Vahid Əhmədovun görüşləri böyük coşqu ilə keçib – FOTO

Quba rayonu- 52 Saylı seçki Dairəsindən deputatlığa namizəd Vahid Əhmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Timiryazev qəsəbəsi və Zizik kəndində seçicilərlə görüş keçirib.

XALQ.AZ-ın xəbərinə görə, görüşlər böyük coşqu ilə keçib, əhalinin çoxsaylı suallarına namizəd tərəfindən ətraflı cavablar verilib.

Qeyd edək ki, məşhur “43-lər”dən, “İstiqlal”çı deputatlardan olan Vahid Əhmədov 6-cı dəfədir deputatlığa namizəddir.

O, ilk dəfə sovetlər dönəmində (1990-cı ildə) deputat seçilib, ikinci dəfə 1995-ci ildə seçkilərə qatılıb, amma qələbəsi tanınmayıb.

3-cü dəfə 2005-ci ildə 3-cü çağırış seçkilərdə iştirak edib və həmin vaxtdan bu günə kimi Milli Məclisin (MM) üzvüdür.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

1992-93-cü illərdə baş nazirin birinci müavini vəzifəsində işləyib.

Ailəlidir, iki övladı-bir oğlu, bir qızı var.

Oğlu Qaradağ rayonunun prokurorudur.

Həm parlamentdə, həm də mediada ən çox fəallığı ilə seçilən millət vəkillərindəndir.

XALQ.AZ