Vahid Əhmədovun seçicilərlə görüşləri davam edir – FOTO

52 saylı Quba seçki Dairəsindən deputatlığa namizəd Vahid Əhmədovun seçicilərlə görüşləri davam edir.

XALQ.AZ xəbər verir ki, bu dəfəki görüşlər Qubanın İsnov, Kələnov və Gədikqışlaq kəndlərində olub.

Həmişə olduğu kimi Vahid Əhmədovun gəlişi böyük maraqla müşayət olunub. Hər yerdə isti münasibətlə qarşılanan namizəd, öz gələcək planları, deputat kimi Milli Məclisdə gördüyü işlər barədə sakinlərə məlumatlar verib. Seçicilər kəndlərin problemlərinin həlli istiqamətində görülmüş işlərə görə ölkə prezidentinə minnətdarlıqlarını çatdırmağı V.Əhmədovdan xahiş ediblər. Zərqava istiqamətində və ön dörd kəndi birləşdirən asfalt yolun çəkilib istifadəyə verilməsi doğrudanda əhalinin böyük sevincinə səbəb olub. Bir neçə vacib məsələlər müzakirə mövzusu olub.


Görüşlər davam edir.

XALQ.AZ