Vahid Ələkbərov 20,7 milyard dollarla ilk üçlükdə – Siyahı

“Forbes” jurnalı Rusiyanın 200 zəngin biznesmeninin siyahısını tərtib edib.

XALQ.AZ-ın məlumatına görə, siyahıda ilk yerdə “NOVATEK” və “SİBUR” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. 63 yaşlı iş adamının 24  milyard dollar sərvəti var.

İkinci yerdə 21,3 milyard dollarla “Universal Cargo Logistics Holding” və “NLMK” şirkətlərinin sahibi, 62 yaşlı Vladimir Lisin yer tutub.

Siyahıda üçüncü yerdə isə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov qərarlaşıb. 69 yaşlı biznesmenin sərvəti 20,7 milyard dollar məbləğində dəyərləndirilir.

XALQ.AZ