Vahid Ələkbərov Avropada biznesini satır

vahid

Azərbaycan iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi LUKoyl şirkəti Avropanın daha 3 ölkəsində benzindoldurma stansiyalarını satır.

XALQ.AZ-ın məlumatına görə, şirkət bu sövdələşməni həyata keçirmək üçün MOL Plc və Norm Benzinkut Kft şirkətləri ilə razılıq əldə edib.

Sövdələşmədə qeyd edilir ki, LUKoyl əsasən Çexiya, Slovakiya və Macarıstanda biznesini satır.

Alınan xəbərdə deyilir ki, MOL Plc şirkətinə məxsus olan Slovnaft Ceska Republica və Spol S.R.P şirkətləri Çexiya ərazisində fəaliyyət göstərən 44 benzindoldurma stansiyalarına sahib olacaq.

Norm Benzinkut Kft şirkəti isə Macarıstanda LUKoyla məxsus olan 75, Slovakiyada isə 19 benzindoldurma stansiyasının aksiyasını alacaq.

Bütün bu sövdələşmələrin ilin sonunadək sona çatacağı deyilir.

Xatırladaq ki, LUKoyl şirkəti 2006-cı ildə Avropa ölkələrində 400 milyon dollara ABŞ-ın Conoco şirkətindən 376 benzindoldurma stansiyalarını almışdı.